Bu gün futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Əsas yolda mübarizə aparan komandalar 36 cüt təşkil edib. Bunlardan ikisində 1-ci təsnifat mərhələsinin cütü yer alıb. Bu da həmin görüşlərin təxirə salınması ilə bağlıdır. Azərbaycanın vitse-çempionu “Neftçi”nin də rəqibi bəlli olub. Paytaxt təmsilçisi Türkiyə nəhəngi “Qarabağ”la mübarizə aparacaq.

Çempionlar yolunda 20 komanda 10 cüt təşkil edib. Bunlar Çempionlar Liqasında ilkin və 1-ci təsnifat mərhələsində uduzan komandalardır.

Bu mərhələnin matçları sentyabrın 17-də təşkil olunacaq. Cütlər bir oyunda münasibətlərini ayırd edəcək. Qarşılaşmanın ev sahibini də püşk müəyyənləşdirib.

Qeyd edək ki, sabah Avroliqada 3-cü təsnifat mərhələsinin də püşkü atılacaq.

Avropa Liqası
2-ci təsnifat mərhələsi

Əsas yol

“Neftçi” (Azərbaycan) - “Qalatasaray” (Türkiyə)
“Hammarbü” (İsveç) - “Lex” (Polşa)
“Kaysar” (Qazaxıstan) - APOEL (Kipr)
“Nomme Kalyu” (Estoniya)/"Mura" (Sloveniya) - “Orhus” (Danimarka)
“Makkabi” (Hayfa, İsrail)/“Jelezniçar” (Bosniya və Herseqovina) - “Kayrat” (Qazaxıstan)
“Lokomotivi” (Gürcüstan) - “Dinamo” (Moskva, Rusiya)
B-36 (Farer adaları) - TNS (Uels)
“Kolreyn” (Şimali İrlandiya) - “Motervell” (Şotlandiya)
“Göteborq” (İsveç) - “Kopenhagen” (Danimarka)
“Baçka Topola” (Serbiya) - “Styaua” (Rumıniya)
“Teuta” (Albaniya) - “Qranada” (İspaniya)
OFİ (Yunanıstan) - “Apollon” (Kipr)
“Proqress” (Lüksemburq) - “Villem II” (Niderland)
“Vikinq” (Norveç) - “Aberdin” (Şotlandiya)
“Bala Taun” (Uels) - “Standard” (Belçika)
“Sfintul” (Moldova) - “Partizan” (Serbiya)
ÇSKA (Sofiya, Bolqarıstan) - BATE (Belarus)
“Botoşani” (Rumıniya) - “Şkendiya” (Şimali Makedoniya)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Tottenhem” (İngiltərə)
“Laçi” (Albaniya) - “Hapoel” (Beer-Şeva, İsrail)
“Aris” (Yunanıstan) - “Kolos” (Ukrayna)
“Honved” (Macarıstan) - “Malmö” (İsveç)
“Ventspils” (Latviya) - “Rusenborq” (Norveç)
“Riteryay” (Litva) - “Slovan” (Çexiya)
“Linkoln” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya)
“Servett” (İsveçrə) - “Reyms” (Fransa)
“Borats” (Bosniya və Herseqovina) - “Rio Ave” (Portuqaliya)
“Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya)
“Olimpiya” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina)
“Kukesi” (Albaniya) - “Volfsburq” (Almaniya)
“Dunayska” (Slovakiya) - “Yablonets” (Çexiya)
“Pyast” (Polşa) - “Hartberq” (Avstriya)
“Osiyek” (Xorvatiya) - “Bazel” (İsveçrə)
“Şemrok Rovers” (İrlandiya) - “Milan” (İtaliya)
“Hibernians” (Malta) - “Fehervar” (Macarıstan)
“Bodo Qlimt” (Norveç) - “Jalgiris” (Vilnüs, Litva)

Çempionlar yolu

“İnter” (Andorra) - “Dandalk” (İrlandiya)
“KuPS” (Finlandiya) - “Slovan” (Slovakiya)
“Linfild” (Şimali İrlandiya) - “Floriana” (Malta)
“Riqa” (Latviya) - “Tre Fiori” (San-Marino)
“Yurqorden” (İsveç) - “Europa” (Cəbəllütariq)
“Flora” (Estoniya) - “Reykyavik” (İslandiya)
“Sileks” (Şimali Makedoniya) - “Drita” (Kosovo)
“Astana” (Qazaxıstan) - “Buduçnost” (Monteneqro)
“Ararat” (Ermənistan) – “Fola Eş” (Lüksemburq)
“Konnah Kuey” (Uels) - “Dinamo” (Tbilisi, Gürcüstan)