Avroliqada 2-ci təsnifat mərhələsinin püşkü atıldı
- 19 İyn 2024 16:00
- 185
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunub.
Püşkə 6 cüt və 12 klub qatılıb. Onlar 9 cütlük təşkil edib. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "Zirə"nin potensial rəqibi də bəlli olub. Türkiyə "Trabzonspor"u da mümkün rəqibini tanıyıb.
"Ayaks" - "Voyvodina"
"Rujomberok"/"Tobol" - "Trabzonspor"
"Llapi"/"Visla" - "Rapid" (Vyana)
"Kilmarnok" - "Serkl Brügge"
"Molde" - "Silkeborq"
"Paksi"/"Korvinul" - "Riyeka"
"Braqa" - "Makkabi" (Petah Tikva)
"Panatinaikos" - "Botev"/"Maribor"
"Şerif"/"Zirə" - "Elfsborq"/"Pafos"
Qeyd edək ki, ilk raundun matçları iyulun 11-də və 18-də keçiriləcək.