Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə baş tutub.

“Qarabağ” da bu turnirdə növbəti matçına çıxıb. Ağdam klubu doğma meydanda 2:1 hesabıyla qalib gəldiyi Finlandiyanın HJK komandasını səfərdə də eyni hesabla üstələyib və pley-offa yüksəlib.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

17 avqust

HJK (Finlandiya) - “Qarabağ” (Azərbaycan) 1:2 (ilk oyun 1:2)

“Haken” (İsveç) - “Jalgiris” (Litva) 5:0 (3:1)

“Breydablik” (İslandiya) - “Zrinski” (Bosniya və Herseqovina) 1:0 (2:6)

BATE (Belarus) - “Şerif” (Moldova) 2:2 (1:5)

“Dnepr-1” (Ukrayna) - “Slaviya” (Praqa, Çexiya) 1:1 (0:3)

“Genk” (Belçika) - “Olimpiakos” (Yunanıstan) 1:1 (0:1)

“Ludoqorets” (Bolqarıstan) - “Astana” (Qazaxıstan) 5:1 (1:2)