![photo](https://www.rekord.az/storage/uploads/4/emeri-1.jpg)
Avroliqada 6-cı dəfə yarımfinala yüksələn ilk baş məşqçi
- 17 Apr 2021 13:22
- 562
"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasında yeni rekorda imza atıb.
Rekord.az xəbər verir ki, 50 yaşlı mütəxəssis karyerasında 6-cı dəfə turnirin yarımfinalına yüksəlib.
"Vilyarreal" 1/4 final mərhələsində "Dinamo"ya (Zaqreb) iki görüşdə məğlub edib - 1:0; 2:1.
Emeri daha əvvəl İngiltərə "Arsenal"ı və İspaniya "Valensiya"sı ilə yarımfinala adlayıb.
İspaniyalı baş məşqçi 2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərində İspaniyanın "Sevilya" klubu ilə Avropa Liqasının qalibi olub.