Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.

Ukrayna “Şaxtyor”u “Bazel”lə, “Vulverhempton” isə “Sevilya” ilə üz-üzə gəlib. “Şaxtyor” rəqibini darmadağınla keçib. “Sevilya” isə son dəqiqələrdə vurduğu yeganə qol sayəsində mərhələ adlayan tərəf olub.

İlk oyun günündə “İnter” (İtaliya) “Bayer”dən (Leverkuzen, Almaniya) üstün olubsa (1:0), “Mançester Yunayted” (İngiltərə) də “Kopenhagen”ə (Danimarka) qalib gəlib (2:1).

Beləliklə, yarımfinalda “Sevilya” “Mançester Yunayted”lə üz-üzə gələcək. Bu görüş avqustun 16-da keçiriləcək. Bundan bir gün sonra isə “İnter”lə “Şaxtyor” qarşılaşacaq.

Avropa Liqası
1/4 final

11 avqust

Şaxtyor (Donetsk, Ukrayna) – Bazel (İsveçrə) 4:1
Qol: Moraes, 2. Tayson, 22. Patrik, 75-pen. Dodo, 88 – Volfsvinkel, 90+2.

Vulverhempton (İngiltərə) – Sevilya (İspaniya) 0:1
Qol: Okampos, 88.