“Avroliqada, ÇL-də oynamaq üçün “Qarabağ”a getdim”
- 18 May 2020 17:40
- 585
“Qarabağ”ın sabiq qapıçısı, hazırda Xorvatiyanın “Valdhof” klubunda çıxış edən Miro Varvodiç müsahibə verib.
Rekord.az xəbər verir ki, “Fenix-magazin.de” saytına danışan 31 yaşlı qolkiper, “Qarabağ”la bağlı da açıqlama verib:
“Karyeram ərzində güclü klublarla oynadım, “Köln” isə mənim üçün xüsusi oldu. Avropa Liqası və Çempionlar Liqasında oynamaq üçün “Qarabağ”a getdim. Bu gün geriyə baxanda düşünürəm ki, bəlkə də, Avropada qalsaydım, daha yaxşı olardı.
Azərbaycanda, Bakıda maraqlı insanlarla tanış oldum, dostlaşdım, amma orda həyat Avropadakından çox fərqlidir.
İlk klub hər zaman daha xüsusi olur, mənim üçün də “Hayduk” belə idi. Digər tərəfdən, “Köln” və “Qarabağ” kimi böyük klubların da yaxşı şəraiti var. Ora gedəndə, nə üçünsə narahat olmağa ehtiyac yoxdur, sadəcə futbolu düşünməlisiz”.
Varvodiç 2012-2014-cü illərdə “Qarabağ”ın şərəfini qoruyub.