Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu ada İngiltərənin “Lester Siti” komandasının hücumçusu Patson Daka layiq görülüb.

Zambiyalı forvard Rusiyada Moskva "Spartak"ına 4:3 hesabı ilə qalib gəldikləri matçda pokerə imza atıb.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Vest Hem”dən (İngiltərə) İssa Diop, “Napoli”dən Lorenso İnsinye Lion “Olimpik”indən (Fransa) Karl-Toko Ekambi də namizəd idi.