Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda Samuele Kampo (“Bazel”), Çarles Aranqis (“Bayer”), Markos Antonio (“Şaxtyor”, Donetsk) və Odion İqalo (“Mançester Yunayted”) yer alıb.

UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində qalib müəyyənləşəcək.