![photo](https://www.rekord.az/storage/uploads/5/paulopez.jpg)
Avroliqada həftənin ən yaxşı oyunçusu açıqlandı
- 09 Apr 2021 20:00
- 685
Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, İtaliyanın "Roma" klubunun qapıçısı Pau Lopes həftənin ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. O, komandasının Niderland “Ayaks”ı ilə səfər oyununda 2:1 hesablı qələbədə əsas pay sahiblərindən biri olub. 27 yaşlı qolkiper bu qarşılaşmada 8 qurtarış edib.
Həftənin ən yaxşısı adına “Slaviya”dan (Praqa, Çexiya) Tomaş Holeş, “Mançester Yunayted”dən Bruno Fernandes və “Vilyarreal”dan (İspaniya) Jerar Moreno da namizəd idi.