Avropa Liqasında “Sevilya” ilə “Roma” arasında keçirilən final matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Rekord.az xəbər verir ki, onlar “Sevilya”dan Yassin Bono ilə İvan Rakitiç, “Roma”dan isə Kris Smollinq və Paulo Dibaladır.

Qalib qurumun saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyən olunacaq.