![photo](https://www.rekord.az/storage/uploads/5/bukayo-saka-1.jpg)
Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu
- 16 Apr 2021 19:45
- 587
Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Bukayo Saka həftənin ən yaxşısı seçilib.
20 yaşlı yarımmüdafiəçi Çexiyanın paytaxtı Praqada “Slaviya”ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada qollardan birinin müəllifi olub.