Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”), Enzo Krivelli (“Başakşəhər”) və Munir Əl Həddadi (“Sevilya”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.