Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda Bruno Fernandes (“Sportinq”), Vensan Abubakar (“Portu”), Raul Ximenes (“Vulverhempton”) və Daiti Kamada (“Ayntraxt”) yer alıb.

Azarkeşlər UEFA-nın saytında keçirilən səsvermədə iştirak edərək, 5-ci turun ən yaxşı futbolçusunu müəyyənləşdirəcək.