Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Nikolya Pepe (“Arsenal”), Ryan Kristi (“Seltik”), Ussama İdrissi (“Alkmaar”) və Franko Vaskesdi (“Sevilya”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.