Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Rekord.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə Avstriya LASK-ını səfərdə 5:0 hesabıyla məğlub edən “Mançester Yunayted”dən 6 futbolçu yer alıb:

Qapıçı: Jonas Omlin (“Bazel”);

Müdafiəçilər: Brandon Uilliyams, Luk Şou, Erik Bayi (hər üçün “Mançester Yunayted”), Eray Kyumart (“Bazel”);

Yarımmüdafiəçilər: Çarles Aranqiz (“Bayer”), Fred, Daniel Ceyms (hər ikisi “Mançester Yunayted”), Samuele Kampo, Kevin Bua (hər ikisi “Bazel”);

Hücumçu: Odion İqalo (“Mançester Yunayted”).