Avroliqada mövsümün ən yaxşısı adına 3 namizəd
- 17 Sen 2020 23:23
- 671
Futbol üzrə Avropa Liqasında 2019/20 mövsümünün ən yaxşısı adına namizədlər açıqlanıb.
Rekord.az xəbər verir ki, mükafata üç iddiaçını UEFA müəyyənləşdirib.
Bunlar Ever Baneqa (Sevilya), Romelu Lukaku (İnter) və Bruno Fernandesdir (Sportinq/Mançester Yunayted).
Ötən mövsümün ən yaxşısı Avroliqada 2020/21 mövsümünün qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq. Tədbir oktyabrın 2-də İsveçrənin Nyon şəhərində baş tutacaq.