Avroliqada mövsümün rəmzi komandası
- 27 Avq 2020 17:45
- 663
Futbol üzrə Avropa Liqasında 2019/20 mövsümünün rəmzi komandası müəyyənləşib.
Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, rəmzi heyətdə 23 futbolçunun adı qeyd olunub.
Texniki müşahidəçilərin tərtib etdiyi siyahıda 3 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.
Yarışın qalibi “Sevilya” səkkiz, finalçı “İnter” altı oyunçu ilə rəmzi komandada təmsil olunub.
Qapıçılar: Samir Handanoviç (“İnter”), Yassin Buno (“Sevilya”), Karl-Yohan Yonsson (“Kopenhagen”);
Müdafiəçilər: Serxio Reqilon, Xesus Navas, Jul Kunde (hamısı “Sevilya”), Stefan de Vrey (“İnter”), Konor Kodi (“Vulverhempton”), Conatan Ta (“Bayer”);
Yarımmüdafiəçilər: Bruno Fernandes, Fred (hər ikisi “Mançester Yunayted”), Ever Baneqa (“Sevilya”), Kay Haverts (“Bayer”), Tayson (“Şaxtyor”, Donetsk), Nikolo Barella, Marselo Brozoviç (hər ikisi “İnter”), Fabian Frey (“Bazel”);
Hücumçular: Romelu Lukaku, Lautaro Martines (hər ikisi “İnter”), Markus Reşford (“Mançester Yunayted”), Lukas Okampus, Munir Əl Haddadi, Luk de Yonq (hamısı “Sevilya”).