Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib. "Rekord.az" xəbər verir ki, məşqlər baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə keçirilir.

Hazırlığın ilkin mərhələsi ilə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Məşqlərdə hazırda ölkədə olan yığma üzvləri, həmçinin gənc voleybolçular iştirak edirlər.

Qeyd edək ki, xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaqlar.