Avroliqaı: Toralın qolu həftənin ən yaxşısı seçildi
- 08 Noy 2024 17:33
- 116
"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Bodo Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Cinah oyunçusunun dəqiq zərbəsi azarkeşlərin səsverməsindən sonra birinci olub.
Liqa mərhələsinin 4-cü turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgün idi.
"Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.