Avroliqanın final matçına hakim təyinatları açıqlandı
- 18 Avq 2020 23:30
- 644
Futbol üzrə Avropa Liqasının finalında keçiriləcək “Sevilya” (İspaniya) - “İnter” (İtaliya) matçı üçün hakim təyinatları açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici oyunu niderlandlı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Denni Makkeli olacaq. Ona həmyerliləri Mario Diks və Hessel Steeqstra kömək edəcək. Dördüncü hakim fünksiyasını isə yunan referi Anastasios Sidiropulos yerinə yetirəcək.
Qeyd edək ki, 21 avqustda keçiriləcək “Sevilya” - “İnter” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.