Ötən həftə Avropa çempionatı və Avropa birinciliyində yüksək nəaliyyətlər əldə etmiş Qazax idmançıları ilə görüş keçirilib.

Rekord.az xəbər verir ki, görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağır Atletika Federasiyasının “Göyəzən” klubunun icraçı direktoru Azər Əlizadə, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, məşqçi-müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə yüksək nəticə əldə etmiş idmançılar və məşqçi- müəllimlər Qazax Rayon İcra Hakimiyyətinin və “Göyəzən” idman klubunun rəhbərliyi tərəfindən mükafatlandırılıb.