Avropa çempionatına hazırlıq başladı, heyət açıqlandı
- 24 Sen 2022 17:30
- 444
Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının idman zalında təşkil olunan hazırlığa baş məşqçi Məmməd Abdullayev rəhbərlik edir.
Toplanış oktyabrın 3-də başa çatacaq. Ardınca yığma oktyabrın 6-7-da Latviyanın paytaxtı Riqada Olimpiya çəkiləri üzrə keçiriləcək Avropa çempionatına qatılacaq. Gənc taekvondoçular arasında baş tutacaq yarışda ölkəmizin idman şərəfini Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) qoruyacaqlar.
Qeyd edək ki, komanda Riqaya oktyabrın 4-də yollanacaq.