Avropa çempionatına kimi hazır olacaq
- 05 Mar 2020 16:21
- 711
İngiltərə millisinin və "Tottenhem"in zədəli futbolçusu Harri Keyn son durumu haqda danışıb.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, apreldə yaşıl meydanlara qayıtmağa hazırlaşdığını söyləyib:
"Avro-2020-yə kimi tam hazır olacağam. Hazırda əsas komanda ilə məşq edə bilmirəm. Ancaq idman zalında çalışıram və güclənirəm. Hansı oyunda qayıdacağımı dəqiq deyə bilmərəm, amma bunun aprelin ortalarına kimi olacağını düşünürəm".