
Avropa çempionatında 32 komandanın oynaması dəstəklənmədi
- 2022-09-23 16:00
- 261
UEFA-nın futbol üzrə Avropa çempionatının final mərhələsinin 32 komandaya qədər genişləndirilməsi ideyası dəstək qazanmayıb.
Rekord.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşrinə məlumatlı mənbələr bildirib.
“Avro-2016”da iştirakçıların sayı ilk dəfə olaraq 16-dan 24-ə qaldırılmışdı. Bundan sonra UEFA əlavə genişləndirmə məsələsinə baxmağa başlayıb. Belə bir ideya var ki, 2028-ci ilin yayından başlayaraq, final mərhələsində 24 deyil, 32 komanda oynasın.
Bununla belə, Avropa teleyayımçıları UEFA işçi qrupuna bildiriblər ki, 55 milli komandadan 32-nin final mərhələsində oynaması maraq doğurmayacaq. Yəni yarışın bu formatının kommersiya dəyəri az olacaq.
Məsələ ilə bağlı yekun qərarın UEFA İcraiyyə Komitəsinin noyabrda keçiriləcək iclasında veriləcəyi gözlənilir.