Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli oldu
- 13 Mar 2022 13:30
- 568
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.
Rekord.az xəbər verir ki, martın 13-23-də baş tutacaq yarışda Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.
Komandamızın heyətində ilk olaraq rinqə Cəlal Qurbanov çıxacaq. O, bu gün finlandiyalı Yere Niemelainenlə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatında 39 ölkədən 213 oğlan, 102 qız boksçu mükafatlar uğrunda mübarizə aparacaq.
U-22, Avropa çempionatı
13 mart
1/16 final
63,5 kq
Cəlal Qurbanov – Yere Niemelainen (Finlandiya)
14 mart
1/16 final
67 kq
Nəbi İsgəndərov – Luka Nikabadze (Gürcüstan)
75 kq
Mirşərif Kazımzadə – Hikki Sam (Şotlandiya)
15 mart
1/8 final
80 kq
Murad Allahverdiyev – Kromvell Kommi (İtaliya)/Rafael Monni (Fransa)
19 mart
1/4 final
51 kq
Nicat Hüseynov – Antonio Payva (İrlandiya)
54 kq
Ruslan Qədirov – Marian Çinio (Rumıniya)/Başkim Bayoku (Kosovo)
57 kq
Maqsud Xasmetov – Matteu Teylor (İrlandiya)/Taha Akkoyun (Türkiyə)