Avropa çempionatında daha bir bürünc medal
- 18 Apr 2021 21:30
- 932
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
O, avstriyalı Aaron Fara və macarıstanlı Jombor Veq üzərində qələbə qazandıqdan sonra 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzub. Bununla belə, Kotsoyev təsəlliverici görüşdə fransalı Siril Mareti üstələməyi bacarıb. 3-cü yer uğrunda qarşılaşmada onun rəqibi rusiyalı Niyaz İlyasov olub. Görüşün başa çatmasına 1 dəqiqə 10 saniyə qalmış Zelim Kotsoyev rəqibini ipponla məğlub edib.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını iki bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq) da fəxri kürsüyə qalxıb.