![photo](https://www.rekord.az/storage/uploads/5/477efb1c-a402-3ea7-962f-1533546ed8c3-850.jpg)
Avropa çempionatında finalçılar müəyyənləşdi
- 06 İyl 2023 00:53
- 308
21 yaşadək futbolçular arasında Avropa çempionatında finalçılar müəyyənləşib.
Rekord.az xəbər verir ki, yarımfinalda İsrail yığmasını 3:0 hesabı ilə məğlub edən İngiltərə millisi həlledici matça vəsiqə qazanıb.
Digər yarımfinal görüşündə isə İspaniya yığması Ukrayna millisinə 5:1 hesabıyla qalib gəlib.
Beləliklə, iyulun 8-də baş tutacaq həlledici oyunda İngiltərə və İspaniya yığmaları üz-üzə gələcəklər.