![photo](https://rekord.az/uploads/5/c9e433a9-0d89-43b3-87d1-2434c1f2ffe4-1-600x300.jpeg)
Avropa çempionatından 8 medalla
- 2023-03-27 00:41
- 342
Azərbaycan karateçiləri İspaniyanın Qvadalahara şəhərində keçirilmiş Avropa çempionatında 8 medal qazanıblar.
Rekord.az xəbər verir ki, mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür.
8 medaldan 1 qızıl, 2 gümüş və 1 bürünc medala para-karateçilər sahib olublar.
Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan medal qazanan ölkəlır arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edib.
Para-karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.
Böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək.