Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən veteranlar arasında Avropa çempionatının ikinci günündə 3 qızıl medala sahib olub.

Rekord.az xəbər verir ki, yarışın ikinci günündə M3 yaş kateqoriyası və M4 yaş kateqoriyası üzrə 15 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

M3 yaş kateqoriyası üzrə -81 kq. çəkidə Zülfüqar Hüseynov, M4 yaş kateqoriyası üzrə -60 kq. çəkidə Babək Hacıyev və -73 kq. çəkidə Vüqar Budaqov qızıl medal əldə edib.

M3 yaş kateqoriyası üzrə -81 kq. çəkidə Ceyhun Hüseynov və -100 kq. çəkidə Ramil Muradov, M4 yaş kateqoriyası üzrə -90 kq. çəkidə Mahir Ağamirzəyev və -100 kq. çəkidə Emil Hüseynov 5-ci yerə çıxıb.