Avropa çempionatının ilk günündə 2 medal
- 28 İyn 2024 10:00
- 306
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medal qazanıblar.
Rekord.az xəbər verir ki, ilk yarış günündə qızlar və oğlanlar arasında 6 çəki dərəcəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-50 kq. çəkidə Bahadır Feyzullayev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu titulunu qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Məhəmmədəli Hüsiyev bürünc medal əldə edib.
-60 kq. çəkidə Nihad Rəhimov və -48 kq. çəkidə Diana Eldarova yarışı 5-ci yerdə tamamlayıb.