Xəbər verdiyimiz kimi, boks üzrə gənclər arasında Avropa çempionatı təxirə salınıb.

Rekord.az xəbər verir ki, Avropa Boks İttifaqı koronavirus pandemiyası səbəbindən aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.

Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın mayın 15-27-də təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.

Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.