Avropa çempionatlarının qrup mərhələsində iştirak edən komandaların sayı dəyişdirilə bilər.

Rekord.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Bildirilib ki, qitənin ali futbol qurumu Avropa çempionatlarında iştirak edən komandaların sayını 32-yə çatdırmağın üzərində işləyir. Lakin mümkün dəyişikliklər 2028-ci ildən qüvvəyə minəcək.

Qeyd edək ki, 2016-cı ilədək Avropa çempionatlarında 16 komanda mübarizə aparırdı. Bu say 2016-cı ildə 24-ə yüksəldi.