Avropa çempionu olan 11 yaşlı taekvandoçumuz Rekord.az-a danışdı - MÜSAHİBƏ
- 13 Noy 2024 11:00
- 421
Noyabrın 10-da Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kiçik yeniyetmələr arasında Avropa birinciliyində taekvondoçumuz Esmanur Azayeva 36 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək (Ukrayna, Yunanıstan, Serbiya, Fransa, Bolqarıstan) qızıl medal qazanıb. Rekord.az 11 yaşlı Avropa çempionumuzun təəssüratlarını öyrənib:
- Öncə Esmanur Azayevanı yaxından tanıyaq...
- 22 avqust 2013-cü ildə Bakıda doğulmuşam. 3 yaşımdan gimnastika ilə məşğul olmağa başlamışam. 4 yaşından isə peşəkar "Ocaq Sport Klubu"nda bədii gimnastika ilə məşğul olmuşam. 7 yaşımda gimnastika ilə vidalaşıb döyüş növlərinə maraq salmışam. Bu maraqdan cəmi 2 ay sonra hazırkı müəllimim İlkin Şahbazovla tanış olmuşam. Araşdırdıqdan sonra məlum oldu ki, biz həqiqətən düz ünvandayıq, çünki müəllimim, 2 qat Avropa çempionu, kiçik yeniyetmələrin baş məşqçisi, əməkdar müəllim, dünya çempionu, Avropa çempionu yetişdirmiş müəllimdir. Artıq 4 ildir "Ümid Taekvondo Klubu"nda məşq edirəm. Bu il Respublika çempionatında 1-ci yerə çıxaraq milliyə seçilmişəm. Buradan isə Avropa çempionatınma yollanmışam.
- Yarışa getməmişdən öncə qarşına qoyduğun əsas hədəf Avropa çempionluğu idi, yoxsa 2-ci, 3-cü yer də uğur sayılacaqdı?
- Əsas hədəfim çempion olmaq idi. Amma ilk dəfə Avropaya çıxırdım deyə tərəddüt də edirdim. Ən böyük arzum təbii ki, bayrağımızı yüksəklərə qaldırmaq idi
- Avropa çempionatında ən ağır döyüşün hansı oldu?
- Ən ağır döyüşüm Fransa idmançısı ilə oldu. Həmin döyüş 4-cü döyüşüm idi. Hansı ki, 3-cü döyüşdən təzə çıxmışdım istirahət etməyə vaxt tapmamışdım. 1-ci raundu bu səbəbdən əldən verdim. Amma 2-c və 3-cü raundda özümü toparlayaraq finala vəsiqə qazandım. Artıq özümə güvən, güc gəlmişdi, ona görə də finalda qalib olmağı bacardım.
- Taekvandoda ən böyük arzun?
- Azərbaycanın ilk qadın Olimpiya çempionu olmaq.