Avropa çempionu vəfat etdi
- 06 Dek 2020 14:30
- 608
SSRİ yığmasının heyətində AÇ-1960-ın qalibi olan Viktor Ponedelnik vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Keçmiş hücumçu 83 yaşında vəfat edib.
Ponedelnik AÇ-1960-ın SSRİ ilə Yuqoslaviya yığmaları arasında keçirilən final matçında (2:1) komandasına qələbə qazandıran qolun müəllifi olub.