Avropa çempionumuz DÇ-də mübarizəyə qoşulur
- 23 May 2024 11:30
- 266
Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, 100 kq çəki dərəcəsində Zelim Kotsoyev tatamiyə çıxacaq.
2023-cü ildə Avropa çempionu olan idmançı 1/16 finalda Pyotr Kuçera (Polşa) - Jonqhoon Von (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.