Avropa Kuboku: Azərbaycan millisi ikinci görüşündə də uduzdu
- 22 Avq 2024 21:49
- 231
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.
Rekord.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupundakı ikinci oyununda meydan sahibləri ilə üz-üzə gəlib.
Matç yığmamızın məğlubiyyəti ilə bitib - 12:20.
Günün ilk qarşılaşmasında seçməmiz İspaniyaya da 7:21 hesabı ilə uduzub.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.