Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız Malta seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 17:14 hesabı ilə üstələyib.

Yığmamız daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.