Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.

Rekord.az xəbər verir ki, yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gəlib.

Komandamız "narıncılar"a 9:21 hesabı ilə məğlub olub.

Millinin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.

Qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.