![photo](https://www.rekord.az/storage/uploads/5/qarabag-28.jpg)
Avropa Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu
- 02 Avq 2023 23:06
- 505
"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Ağdam klubu bu raundda Finlandiyanın HJK komandası ilə qarşılaşacaq.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab goyununda Norveç "Molde"sinə 0:2 hesabı ilə uduzan Helsinki təmsilçisi "köhlən atlar"a rəqib olub. İlk qarşılaşmada HJK qələbə qazanmışdı - 1:0.
Azərbaycan çempionu isə qitənin bir nömrəli klub turnirində Polşa "Rakuv"u ilə bacarmayıb. Səfər matçında 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda heç-heçəyə razılaşıb - 1:1.
Xatırladaq ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.