Avstriyanın “Rapid” (Vyana) klubu Avropa Liqası tarixində aktirekorda imza atıb.

Rekord.az xəbər verir ki, Vyana təmsilçisi turnirdə ən çox məğlub olan komanda olub.

"Rapid" son olaraq qrup mərhələsinin 5-ci turunda İngiltərədə "Arsenal"a 1:4 hesabı ilə uduzub. Bu komandanın turnirdəki 27-ci məğlubiyyəti olub.

Daha əvvəl Norveçin "Rusenborq" klubu 26 dəfə məğlub olub.