Avropa Liqasında daha beş komanda mərhələ adladı
- 21 Avq 2020 00:25
- 601
Futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələ həyəcanı davam edir.
Rekord.az xəbər verir ki, bu gün daha 5 oyun keçirilib.
UEFA-nın qərarına əsasən, mərhələlər bir matçdan ibarət olduğundan, cütlüklərdə qələbə qazanan B-36, “Runavik”, "Qlentoran", "Kolreyn" və "İskra" 1-ci təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Məğlub olanlar üçün isə avrokubok mövsümü başa çatıb.
“Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) oyunundan sonra mərhələnin bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo) görüşü də ikincilərin futbolçusunda koronavirus infeksiyasına yoluxma aşkarlandığı üçün təxirə salınıb.
Avropa Liqası
İlkin mərhələ
20 avqust
Sent Cozefs (Cəbəllütariq) - B-36 (Farer adaları) 1:2
Qol: Boro, 30 - Przibilski, 28. Mellemqard, 43.
Runavik (Farer adaları) - Barri Taun (Uels) 5:1
Qol: Olsen, 52; 63; 74. Knudsen, 67. Lokin, 83 - Maklaqqon, 88.
Santa Koloma (Andorra) - İskra (Monteneqro) 0:0 (penaltilər 3:4)
Qlentoran (Şimali İrlandiya) – Torshavn (Farer adaları) 1:0
Qol: Makdaid, 42
Kolreyn (Şimali İrlandiya) - La Fiorita (San-Marino) 1:0
Qol: Maklauqlin, 89.
Tre Penne (San-Marino) – Qjilani (Kosovo) oyunu təxirə salınıb