Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsində VAR-dan (videotəkrar sistemi) istifadə olunacaq.

Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda, artıq fevralın 20-dən start götürəcək 1/16 finalın oyunları zamanı VAR-dan istifadə olunacağı bildirilib.

Avroliqada VAR sistemindən ilk dəfə Bakıda keçirilən final matçında – “Çelsi” – “Arsenal” oyununda (4:1) istifadə olunmuşdu.