Avropa Liqasının da püşkü atıldı
- 10 İyl 2020 14:59
- 712
Bu gün UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 15:00-da başlayıb.
Avropa Liqasında koronavirus pandemiyası səbəbiylə 1/8 final mərhələsinin cavab oyunları keçirilməyib. Bu səbəbdən komandalar püşkatmaya cütlüklər şəklində qatılacaq. 1/8 finalın cavab oyunları avqustun 5-6-da keçiriləcək.
1/4 final mərhələsinin oyunları isə 10-11 avqustda keçiriləcək və bir oyundan ibarət olacaq. Qarşılaşmalar Almaniyada oynanılacaq.
Avropa Liqasında 1/8 final mərhələsinin baş tutmayan “Xetafe” (İspaniya) – “İnter” (İtaliya) və “Roma” (İtaliya) – “Sevilya” (İspaniya) qarşılaşmaları da bir oyundan ibarət olacaq.
Avropa Liqası
1/4 final mərhələsi
“Volfsburq” (Almaniya)/“Şaxtyor” (Ukrayna) – “Ayntraxt” (Almaniya)/“Bazel” (İsveçrə)
LASK (Avstriya)/“Mançester Yunayted” (İngiltərə) – “Başakşəhər”(Türkiyə)/“Kopenhagen” (Danimarka)
“İnter” (İtaliya)/“Xetafe” (İspaniya) – “Reyncers” (Şotlandiya)/“Bayer” (Almaniya)
“Olimpiakos”(Yunanıstan)/“Vulverhempton” (İngiltərə) – “Sevilya” (İspaniya)/“Roma” (İtaliya)
Yarımfinal mərhələsi
4 cütünün qalibi – 2 cütünün qalibi
3 cütünün qalibi – 1 cütünün qalibi