Avropa Liqasının oyunları ləğv olundu
- 24 Apr 2020 14:41
- 983
Avropa Voleybol Konfederasiyası (CEV) koronavirus pandemiyası səbəbindən 2019/2020 illər üzrə klubların mövsümünü ləğv edib. "Rekord.az" xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində yayılan açıqlamada bildirilib.
Koronovirus səbəbindən Çempionlar Liqası, CEV kuboku və Çağırış kubokunda yarımçıq qalan bütün mərhələlərin qarşılaşmaları ləğv olunub.
Həmçinin, yığma komandalar arasında keçirilməli olan Avropa Qızıl Liqası və Avropa Gümüş Liqası yarışları da ləğv edilib. Bununla da, Azərbaycan yığmaları da bu il avroliqada iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, qadınlardan ibarət millimiz Avropa Qızıl Liqasında, kişilərdən ibarət yığmamız isə Gümüş Liqada mübarizə aparmalı idi.