Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri və vaxtı dəqiqləşib.

Rekord.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Fransanın paytaxtı Parisdə müəyyənləşəcək.

Yarış iyunun 4-də start götürəcək və 8-də başa çatacaq. Amerika Olimpiya Təsnifat Turniri isə mayın 10-16-da Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan millisinin heyətində hələlik Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.