Azərbaycan atıcısı Nigar Nəsirova Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında növbətini çıxışını edib.

Rekord.az xəbər verir ki, idmançı tapança ilə 25 metr məsafəyə atəş açmada təsnifat mərhələsini 568 xalla başa vurub.

35 iştirakçı arasında 25-ci yeri tutan Nəsirova finala yüksələ bilməyib.