Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında mübarizəyə başlayıb.

Rekord.az xəbər verir ki, idmançı fərdi mübarizədə G qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveə qarşı keçirib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1

Edinin qrup mərhələsində növbəti rəqibi Bolqarıstan təmsilçisi Dimitar Yanakiyev olacaq. Kişi badmintonçuların şəxsi yarışında qrup mərhələsində ikinci turun görüşləri sabah keçiriləcək.

Azərbaycanın daha bir badmintonçusu Avropa Oyunlarında qələbə qazanıb. Keyşa Fatimə Zəhra D qrupunda litvalı Samanta Qolubikaite ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib. Fatimə Zəhra sabah qrup mərhələsinin ikinci turunda Moldova idmançısı Vlada Ginga ilə qarşılaşacaq.