Qrup mərhələsini mütləq nəticə (3 qələbə) ilə başa vuran Edi Reski Dviçayo kişi badmintonçuların şəxsi yarışında 1/8 finalda Finlandiya təmsilçisi Kalle Koljonenlə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında ardıcıl 3 qələbə qazanaraq pley-offa qrup lideri kimi yüksələn Keyşa Fatimə Zəhra isə 1/8 finalda isveçrəli Jenjira Stadelmanla üz-üzə gələcək.

1/8 final mərhələsinin görüşləri iyunun 29-da oynanılacaq.