Avropa Oyunları: Azərbaycan badmintonçusu medalsız qaldı
- 29 İyn 2023 19:44
- 305
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında medalsız qalıb.
Rekord.az xəbər veri rki, fərdi kateqoriyada qrup mərhələsində ardıcıl üç qələbə qazanan idmançı 1/8 finalda mübarizəni dayandırıb.
O, Finlandiya təmsilçisi Kalle Kolyonenə məğlub olub. Hər iki hissədə Azərbaycan badmintonçusunu üstələyən Kolyonen (2:0 - 21:18, 21:14) 1/4 finala yüksəlib.
Qadın badmintonçu Keyşa Fatimə Zəhra da bu gün fərdi kateqoriyada 1/8 final görüşünə çıxacaq.