Avropa Oyunları: Azərbaycan millisi 13-cü oldu
- 28 İyn 2023 18:30
- 289
Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamız Polşada keçirilən 3-cü Avropa Oyunlarında 13-cü olub.
Rekord.az xəbər verir ki, ilk dəfə böyüklərin yarışında iştirak edən gənc sablyaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin bürünc medalçısı Macarıstan seçmə kollektivinə 25:45 hesabı ilə uduzub.
9-cu yer uğrunda keçirilən qarşılaşmada Türkiyə yığmasına 31:45 hesabı ilə məğlub olan Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət kollektiv 13-cü yer uğrunda keçirilən görüşlərdə Yunanıstan (45:43) və İrlandiya millisinə 45:30) qalib gəlib.
Xatırladaq ki, qılıncoynatma idman növündə komanda yarışları Avropa çempionatı statusu daşıyır.